Pensiya alanlara əlavə nə qədər pul veriləcək? - AÇIQLAMA


11:40     09 Fevral 2022 22_02_09_1644385626.jpg

Sığorta prinsipi ilə pensiya alanlara 200 manat maddi yardım veriləcək. Bu yardım rüblər üzrə hissə-hissə ödəniləcək.

Femida.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov dövlət başçısının ''Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında'' sərəncamını şərh edərkən deyib.

Onun sözlərinə görə, ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə həyata keçiriləcək.

Himalay Məmişov qeyd edib ki, əmək pensiyaları 3,4 faiz indeksləşdiriləcək. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib. Fondun sədri staja görə əmək pensiyalarının nə qədər artırılacağına da aydınlıq gətirib.

Himalay Məmişov əlavə edib ki, yeni sərəncamla hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının da pensiyalarının artırılması, eləcə də onlara maddi yardımların göstərilməsi üçün mexanizm hazırlanır. Dəyişiklik bu kateqoriyadan olan şəxslərə 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğinin hər il artırılmasına imkan yaradacaq.

Qeyd edilib ki, artımlar 1,1 milyon nəfəri əhatə edəcək, bununla bağlı il ərzində əlavə olaraq 352 milyon manat sərf olunacaq.






Açar sözlər:

Oxunub: 805