Hərbçilərin pensiyası ilə bağlı YENİ XƏBƏR
17:55 09 Fevral 2022
Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının hansı qaydada yenidən hesablanacağı müəyyənləşib.
Femida.az -ın APA-ya istinadən məlumatına görə, təminat xərcliyinə vəzifə və rütbə maaşı, vəzifə maaşından hesablanan əlavələr, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyası daxildir.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarına əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçiriləcək.
Başqa sözlə, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası hesablanması müraciət edildiyi gündən yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçiriləcək və bu halda onların pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmayacaq. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə də onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunacaq.
Oxunub: 3137
Oxşar xəbərlər
- Hərbçilərin pensiyası necə hesablanacaq? - Üzeyir Cəfərov AÇIQLADI
- Hərbçilərin pensiyasının yenidən hesablanmasının səbəbi açıqlanıb
- Hərbçilərin icbari sığortasının detalları açıqlanıb
- Hərbçilərin qohumları İrəvanda bayram tədbirlərinin ləğvini tələb edir
- Hərbçilərin maaşı artırıldı - RƏSMİ
- Hərbçilərin maaşı azaldılıb? - RƏSMİ AÇIQLAMA
- Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ
- Hərbçilərin pensiyaları artımlarla birgə yaxın günlərdə ödəniləcək
- Hərbçilərin maaşının qalxması bu sahəyə marağı artıracaq - ŞƏRH