Azərbaycanda ötən ay sudan qanunsuz istifadə ilə bağlı 505 fakt aşkarlanıb


11:22     10 Fevral 2022 22_02_10_1644471465.jpg

Bu ilin yanvar ayında “Azərsu” ASC üzrə içməli sudan qanunsuz istifadə ilə bağlı 505 fakt aşkarlanıb.

Bu barədə Femida.az-A cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, bunun 472-si Bakı, Sumqayıt və Abşeronda, digərləri isə bölgələrdə qeydə alınıb.

Həmin hallar üzrə 124 min kubmetr həcmində sərfiyyat bərpa olunub, 9 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Paytaxtda içməli sudan ən çox qanunsuz istifadə halı 181 olmaqla Binəqədi rayonunda qeydə alınıb.

Açar sözlər:

Oxunub: 482