Balakəndə iki koronavirus xəstəsi barəsində araşdırma başlanıb
09:55 11 Fevral 2022
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Femida.az-"a verilən məlumata görə, rayon sakini Rəhman Zaxmayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib. Buna baxmayaraq o, polis əməkdaşları tərəfindən istifadəsində olan avtomobillə ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Daha bir aktiv koronavirus xəstəsi Samir Köbərovun da özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan hər iki şəxslə bağlı araşdırma aparılır.
Oxunub: 436
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə əməliyyatlar zamanı narkotiklərlə əlaqədə şübhəli bilinən 7 nəfər tutulub
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib