DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi - Polkovnik saxlanıldı


15:50     13 Fevral 2022 22_02_13_1644753118.jpg

Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib.

Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.

Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir.

O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.

Açar sözlər:

Oxunub: 834