İsrailin Baş naziri öz vətəndaşlarını Ukraynadan qayıtmağa çağırıb


20:22     13 Fevral 2022 22_02_13_1644768236.jpg

İsrailin baş naziri Naftali Bennet öz vətəndaşlarını Ukraynadan qayıtmağa çağırıb.

Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya və Ukrayna arasında hadisələrin necə inkişaf edəcəyini bilmirik. Bütün dünya kimi, biz də gərginliyin bitəcəyinə ümid edirik, lakin bizim əsas məsuliyyətimiz İsrail vətəndaşlarımızın qayğısına qalmaqdır", - Bennet deyib.

"Lazımsız risklərə getməyin. Həyatınız üçün məsuliyyət daşıyın, Ukraynanı tərk edin və mümkün qədər tez evə qayıdın", - baş nazir bildirib.

Qeyd edək ki, Avropa və ABŞ daxil olmaqla 30-dan çox ölkə öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib.

Açar sözlər:

Oxunub: 577