MN: Sülhməramlıların yerləşdiyi ərazidə qanunsuz erməni silahlı dəstə üzvünün yaralanması yalandır


20:57     15 Fevral 2022 22_02_15_1644944261.jpg

Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.

Femida.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört basdır etmək üçün növbəti təxribata əl atıb", - məlumatda deyilir.

Açar sözlər:

Oxunub: 775