Azərbaycanda daha 4 687 nəfərdə koronavirus aşkarlanıb


21:15     15 Fevral 2022 22_02_15_1644945341.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 687 yeni yoluxma faktı qeydə alınıb, 6 506 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az- verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 752 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 696 565 nəfər müalicə olunaraq sağalıb, 9 105 nəfər vəfat edib, aktiv xəstə sayı 46 935 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 682, ötən müddət ərzində isə ümumilikdə 6 414 158 test aparılıb.

Açar sözlər:

Oxunub: 631