Kürdəxanıda evin həyətindən darvaza oğurlanıb


13:41     22 Fevral 2022 22_02_22_1645515705.jpg

Kürdəxanıda evin həyətindən darvaza oğurlanıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə fevralın 13-dən 15-dək olan müddətdə Kürdəxanı qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən darvazasının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov və Neftçala rayon sakini R.Zeynalov müəyyən edilərək saxlanılıblar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda Kürdəxanı və Ləhiş bağlar sahəsindəki daha 7 evin darvazalarını oğurlamaları da müəyyən edilib.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 347