Prezident: “Azərbaycan-Rusiya münasibətləri çox dinamik inkişaf edir”
18:15 22 Fevral 2022
“Azərbaycan və Rusiya arasında münasibətlər çox dinamik inkişaf edir”.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüş zamanı bildirib.
“Biz daimi əlaqədəyik, telefonla əlaqə saxlayırıq və təbii ki, şəxsi görüşlər hər zaman xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında son dərəcə vacib sənədin imzalanması öncəsi isə bu, xüsusilə önəmlidir.
Bunun, sizin də qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bir zamanda baş verməsi simvolik xarakter daşıyır. Düşünürəm ki, bu sənəd ölkələrimiz, qarşılıqlı münasibətlərimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq müsbət əhəmiyyət kəsb edəcək”, - dövlət başçısı deyib.
Prezident İlham Əliyev Azərbaycanın iki ölkə arasında yaranmış mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib.
Oxunub: 478
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"