Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reys ləğv edilib


10:14     24 Fevral 2022 22_02_24_1645679729.jpg

NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın "Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib.

"Buta Airways"in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.

Açar sözlər:

Oxunub: 450


Oxşar xəbərlər