Türkiyə və Qazaxıstan XİN başçıları birgə bəyanat yayıb


18:17     24 Fevral 2022 2022/02/e35512e9-7c69-4e91-83d1-dac6b6af15f8_850_1645708751.jpg

Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri birgə bəyanat yayıblar.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.

Belə ki, bəyanatda strateji müttəfiqliyə uyğun olaraq siyasi dialoqun canlandırılması və davam etdirilməsi məqsədilə bütün sahələrdə qarşılıqlı səfərlərin və müzakirələrin əhəmiyyəti vurğulanıb.

Nazirlər həmçinin regional məsələlərdə əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, 2022-ci ildə keçirilməsi nəzərdə tutulan yüksək səviyyəli tədbilərin təqvimi hazırlanıb.

Eyni zamanda, Suriya və Əfqanıstanda sabitliyin təmin olunması istiqamətində birgə addımlar atılması barədə razılığa gəlinib.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Qazaxıstanda səfərdədir. O, qazaxıstanlı həmkarı Muxtar Tileuberdi ilə görüşüb.

Açar sözlər:

Oxunub: 516