Donetskdə xəstəxana atəşə tutulub, 4 nəfər ölüb, daha 10 nəfər yaralanıb


21:13     24 Fevral 2022 22_02_24_1645722984.jpg

Rusiya hərbi qüvvələri Donetsk vilayətinin Uqledar şəhərində yerli xəstəxananı atəşə tutub.

Femida.az xəbər verir ki, bu barədə Donetsk Vilayət Dövlət Administrasiyasının sədri, vilayət hərbi-mülki administrasiyasının rəhbəri Pavel Kirilenko feysbuk səhifəsində bildirib.

Atəş nəticəsində 4 nəfəri ölüb, daha 10 dinc sakini yaralanıb.

Yaralılar arasında 6 həkim də var.

Açar sözlər:

Oxunub: 371