Putin: “Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırıq”


17:21     25 Fevral 2022 22_02_25_1645794401.jpg

“Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır”.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinin sədri Si Szinpinlə telefon danışığında bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 25-də müraciətində Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırmışdı.

Açar sözlər:

Oxunub: 538