Cəbrayıl polisi əməliyyat keçirib, saxlanılan var
11:03 26 Fevral 2022
Cəbrayıl polisi əməliyyat keçirib, saxlanılan var.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Vasif Musazadə sərnişini olduğu avtomobildə saxlanılıb.
Avtomobilə baxış keçirilən zaman onun əyləşdiyi ön oturacağın alt hissəsindən sellofan torbalarda qablaşdırılmış 2 kiloqram 360 qram tiryək, 1 kiloqram 970 qram heroin və 29 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb və V.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxunub: 506
Oxşar xəbərlər
- Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
- Cəbrayılda avtomobillər toqquşub, ölən və yaralananlar var
- Cəbrayılda 21 kq-dan artıq narkotik, həb və tapança aşkarlanıb
- Cəbrayıl Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib
- Cəbrayıldakı minaya düşən fəhlənin görüntüləri - VİDEO
- Cəbrayılda təsərrüfatla məşğul olan 54 yaşlı kişi minaya düşüb
- Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olundu
- Cəbrayıl və Zəngilanda Günəş Elektrik Stansiyası tikiləcək
- Cəbrayılın inkişaf planı açıqlanıb
- Cəbrayıla ilk mərhələdə 654 sakin köçürüləcək