Zelenski əcnəbiləri yeni bölmənin sıralarında Rusiyaya qarşı döyüşməyə çağırıb


12:58     27 Fevral 2022 22_02_27_1645948728.jpg

Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb.

Femida.az xəbər verir ki, bu barədə dövlət başçısının Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə kömək etmək istəyən xarici dövlətlərin vətəndaşlarına müraciətində deyilir.

Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edib. O, qeyd edib ki, Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib XXI əsrin işğalçılarına qarşı ukraynalılarla çiyin-çiyinə dayana bilər.

Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçmə haqqında Əsasnamə”yə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrinə hərbi xidmət keçmək, ərazi müdafiə qüvvələrinin sıraları da daxil olmaqla könüllülülük əsasında müqavilə bağlamaq hüququna malikdirlər.

Açar sözlər:

Oxunub: 459