Neft Fondu bazara 200 milyon dollar çıxarır


23:57     14 Yanvar 2016 neft%20fondu2.PNG

Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını davam etdirir.

Fonddan Femida.az-a daxil olan məlumatda bildirilir ki, 15 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil ediləcək. Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 875