ASCO-nun Qara və Azov dənizlərində üzən gəmiləri təhlükəsiz ərazilərə gətirilib


13:11     28 Fevral 2022 22_02_28_1646036480.jpg

Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Azov dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair qərar qəbul edib.

Bunu Femida.az -ın sorğusuna cavab olaraq ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib.

"Qərara əsasən, həmin istiqamətdə yükdaşıma üçün bağlanmış bir neçə müqavilə ləğv edilib.

Hazırda ASCO-nun gəmiləri daha təhlükəsiz ərazilərdədir. Bundan başqa, yükboşaltma əməliyyatı üçün Çernomorsk limanının reydində dayanan “Hüseyn Cavid” quru-yük gəmisi təhlükəsizlik məqsədilə Ruminiya sahillərinə gətirilib.

Ümumilikdə, hadisələrin gedişatını izləməkdəyik, gəmilərin və heyət üzvlərinin təhlükəsizliyi məqsədilə mümkün tədbirlər görülür və bundan sonra da zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - deyə o, qeyd edib.

Açar sözlər:

Oxunub: 470