Abramoviç Rusiya - Ukrayna danışıqlarında iştirak edir


18:04     28 Fevral 2022 22_02_28_1646057133.jpg

İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç Belarusun paytaxtı Minskdə Ukrayna və Rusiya arasında keçirilən danışıqlar prosesində iştirak edir.

Femida.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Kseniya Sobçak özünün teleqram kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, 56 yaşlı iş adamı münaqişənin həlli üçün tərəflərlə danışıqlar aparır.

Qeyd edək ki, daha əvvəl "The Sun" nəşri Roman Abramoviçə Böyük Britaniyada yaşamağın qadağan edildiyini yazıb.

Açar sözlər:

Oxunub: 436


Oxşar xəbərlər