ABŞ BMT-dəki 12 rusiyalı diplomatı persona non qrata elan edib


10:47     01 Mart 2022 22_03_01_1646081291.jpg

Amerika Birləşmiş Ştatları Rusiyanın BMT-dəki 12 diplomatını persona non qrata elan edib və onlara martın 7-dək ölkəni tərk etməyi əmr edib.

Femida.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Mən indicə məlumat aldım ki, ABŞ hökuməti Rusiyanın BMT-dəki missiyasına qarşı növbəti tədbir görərək, ev sahibi kimi öhdəliklərini kobud şəkildə pozub. Onlar Rusiya missiyasının əməkdaşlarından 12 nəfəri persona non-qrata elan edib və martın 7-dək ölkəni tərk etmək barədə xəbərdarlıq edib” - deyə diplomat qeyd edib.

Açar sözlər:

Oxunub: 423