Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib
12:30 03 Mart 2022
Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibində dəyişiklik edilib.
Femida.az -ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında” qərarında dəyişiklik edilib.
Dəyişikliklə komissiyanın tərkibindən Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini çıxarılıb. Onun yerinə isə həmin siyahıya iqtisadiyyat nazirinin müavini əlavə edilib.
Oxunub: 3661
Oxşar xəbərlər
- Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri- FOTOLAR+VİDEO
- Şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestri yaradılacaq
- Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq
- Şəhidlərin yeni siyahısı açıqlandı: 2855 nəfər dəfn edilib, 50 nəfər itkindir
- Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib