Pedaqoji Universitetdə əməkhaqqı artırılıb


15:14     03 Mart 2022 22_03_03_1646301416.jpg

Pedaqoji Universitetdə əməkhaqqı artırılıb.

ADPU-nun mətbuat katibi Cavid Hüseynovun Femida.az-a verdiyi məlumata görə, bu barədə Universitetin Elmi Şurasında qərar qəbul edilib.

İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatdırıb.

Təkliflərə əsasən, Elmi Şura ADPU-da əməkdaşların əməkhaqqının artırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saathesabı dərs deyən personalın əməkhaqqı da orta hesabla 37,5 % artırılıb.

Açar sözlər:

Oxunub: 458