Çexiyada fövqəladə vəziyyət elan olunub


14:14     04 Mart 2022 22_03_04_1646380091.jpg

Çexiya hökuməti Ukraynadan gələn qaçqınlarla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Femida.az UNİAN-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fial keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, artıq Ukraynadan 30 min qaçqın Çexiyaya sığınıb: “Onların yerləşdirilməsini daha səmərəli etmək üçün hökumət martın 4-dən aprelin 4-dək fövqəladə vəziyyət rejimi tətbiq edib”.

Hökumət başçısı brifinqdə Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı rəsmi Kiyevin müraciətinə də münasibət bildirib. P.Fial Ukraynanın quruma qəbul edilməsinin sürətləndirilməsini dəstəkləyib.

Açar sözlər:

Oxunub: 429