Azərbaycanda yazıçı-tənqidçinin telefonu oğurlanıb


10:52     05 Mart 2022 22_03_05_1646459578.jpg

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, yazıçı-tənqidçi Əsəd Cahangirin mobil telefonu oğurlanıb.

Bu barədə o, Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda qeyd edib.

“Mobil telefonum oğurlanmışdı. Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsində qəbul edildim. Telefonum qısa zaman kəsiyində tapılaraq mənə qaytarıldı. Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdaram”, - Ə.Cahangirov məktubunda bildirib.

Açar sözlər:

Oxunub: 467