Odessadan daha 130 azərbaycanlı Moldova sərhədinə təxliyə olunub


15:22     05 Mart 2022 22_03_05_1646474169.jpg

“Bu gün Ukraynanın Odessa şəhərindən 130 azərbaycanlı iki avtobusla Moldova sərhədinə təxliyə olunub”.

Bunu Femida.az-a açıqlamasında Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib.

O bildirib ki, onlardan 50 nəfəri Nikoloyev şəhərindən gələnlərdir: “Onlar gecəni Odessada qalıblar. Bu gün yola salındılar. Günortadan sonra azərbaycanlıların olduğu daha bir avtobusun yola salınması gözlənilir”.

Açar sözlər:

Oxunub: 417


Oxşar xəbərlər