Sabah Ukraynadakı Azərbaycan vətəndaşları avtobusla Kiyevdən İstanbula təxliyə ediləcək


18:55     05 Mart 2022 22_03_05_1646489245.jpg

"Sabah - martın 6-da Kiyevdən avtobusla Türkiyənin İstanbul şəhərinə azərbaycanlıların təxliyəsi planlaşdırılır".

Bu barədə Femida.az-a Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, Kiev-İstanbul reysinin biletləri Kiyev Azərbaycanlıları Konqresi tərəfindən ödəniləcək:

"İlk növbədə uşaqlar, yaşlılar, xanımlar və ailəli olanlar yola salınacaqlar. Kiyevdən İstanbula təxliyə olunmaq istəyənlər bu nömrə ilə əlaqə saxlasınlar: +380 (98) 949 70 38".

Deputat onu da vurğulayıb ki, İstanbuldan Bakıya yollanmaq istəyənlər öz hesablarına gedə biləcəklər.

Açar sözlər:

Oxunub: 418