Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub
11:46 06 Mart 2022
Martın 6-sı saat 08:40-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Xıdırlı və Çuxurməhlə yaşayış məntəqələri istiqamətlərində mövqeləri və bölməmizin yerləşmə məntəqəsi atıcı silahlardan atəşə tutulub.
Bu barədə Femida.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Oxunub: 454
Oxşar xəbərlər
- Ağdamda 23 yaşlı gənc itkin düşüb
- Ağdamda mağazadan oğurluq edilib
- Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib
- Ağdamda 35 yaşlı kişi itkin düşüb
- Ağdamda polis əməliyyat keçirib, qardaşlar saxlanılıb
- Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub
- Ağdamda mövqelərimiz 28 dəfə atəşə tutulub
- Ağdamda 6 ay əvvəl toyu olan gəlin intihar edib
- Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlanılıb
- Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır