Qəbələdə gənc qadını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb


19:58     06 Mart 2022 22_03_06_1646578707.jpg

Qəbələdə gənc qadını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Martın 5-də rayonda 1999-cu il təvəllüdlü Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir qadın saxlanılıb.

Qeyd edək ki, A.Əliyevanın meyitinin ayrı-ayrı hissələri zibil yeşiklərində aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

İstintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 625