BMT ekspertləri Moskvada humanitar dəhlizləri müzakirə edəcək


12:22     08 Mart 2022 22_03_08_1646723483.jpg

BMT Rusiyanın Müdafiə Nazirliyi ilə Ukraynada dinc əhalinin çıxması və humanitar yardımın çatdırılması üçün humanitar dəhlizləri müzakirə etmək üçün Rusiyaya ekspertlər göndərib.

Femida.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.

Qeyd olunub ki, ekspertlər Rusiya hərbçiləri ilə birlikdə BMT-nin humanitar əməliyyatlarını genişləndirmək məqsədilə mülki şəxslərlə hərbçilər arasında koordinasiyanı yaxşılaşdırmaq üçün çalışacaqlar.

Açar sözlər:

Oxunub: 475