"Azərişığ"ın sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək


12:13     09 Mart 2022 22_03_09_1646813122.jpg

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-da, saat 10:00-da qurumun "Mərkəzi Aran" RETSİ-nin Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasında Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Femida.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, qəbulda iştirak etmək istəyən şəxslər Yevlax və Mingəçevir Eelektrik Şəbəkələrinə, həmçinin "Azərişığ"ın 199 çağrı mərkəzinə, [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Açar sözlər:

Oxunub: 413


Oxşar xəbərlər