ABŞ kəşfiyyatı: "Rusiya Ukraynada mövcud hərbi texnikasının 10 faizini itirib"
13:20 09 Mart 2022
"Rusiya qoşunları mövcud hərbi texnikasının 10 faizini Ukraynada itirib".
Femida.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ kəşfiyyatının hesabatına əsasən məlumat yayıb.
Bildirilib ki, Rusiya Ukraynada hərbi əməliyyatlar keçirdiyi iki həftə ərzində fəaliyyətdə olan hərbi texnbikasını 8 faizdən 10 faizədək itirib. Hazırda bu texnika ya məhv edilib, ya da yarasız hala gətirilib. Bildirilib ki, itirilən texnikaya tank, təyyarə, artilleriya və başqa hərbi əmlak daxildir. Bu, ötən həftədəki itkidən iki dəfə çoxdur.
Kəşfiyyatın məlumatına görə, Rusiya ötən həftə hərbi texnikasının 3-5 faizini itirmişdi.
ABŞ Müdafiə Nazirliyinin hesabatına əsasən, Rusiya Ukraynada hərbi gücünün, təxminən, 100 faizini istifadə edir.
Oxunub: 395
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"