Ötən il Azərbaycanın Xəzərdə aşkarladığı silah-sursatların sayı açaqlanıb


11:57     10 Mart 2022 22_03_10_1646895444.jpg

Ötən il Xəzər dənizinin Azərbaycan sektorunda aşkarlanan silah-sursatların sayı açaqlanıb.

Femida.az -ın xəbərinə görə, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsindən 132 ədəd müxtəlif silah-sursat (9 ədəd tank əleyhinə mina, 121 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd taxta avtomat darağı, 1 ədəd pulemyot lenti) aşkar edilərək ərazi sularından götürülüb.

Bildirilib ki, qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində müsadirə edilən qaçaqmalçılıq predmeti olan əşyalar, pul, qiymətli kağızlar və zinət əşyaları, narkotik vasitələr, dövriyyəsi qadağan olunan digər predmetlərin məbləği təqribən 131 052,4 min manat dəyərində qiymətləndirilib.

Açar sözlər:

Oxunub: 334