Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb


16:55     10 Mart 2022 22_03_10_1646914333.jpg

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi və sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.

"Report"un Şərqi Avropa bürosu Afaq Həmidova ilə bu gün əlaqə yaradıb. O deyib ki, sağ-salamatdırlar və şəhəri tərk etmək üçün yaşıl dəhlizi gözləyirlər.

“Mariupolda demək olar, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, - A.Həmidova bildirib.

Açar sözlər:

Oxunub: 520