Zelenski: "Biz artıq qələbəmizə doğru gedirik"


19:18     11 Mart 2022 22_03_11_1647013123.jpg

“Azadlığı müdafiə edərkən hər birimiz bütöv bir ordu kimi olmalıyıq”.

Femida.az Ukrayna Prezidenti Ofisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski martın 11-də etdiyi videomüraciətdə bildirib.

“Layiq olduğumuz nəticəni əldə etmək, qalib gəlmək üçün öz yerimizdə əlimizdən gələni edək.

Hələ neçə günə ərazilərimizi azad edəcəyimizi demək çətindir. Amma deyə bilərik ki, biz bunu edəcəyik. Çünki biz buna doğru irəliləyirik. Ukrayna Rusiya ilə müharibədə strateji qırılmaya nail olub. Biz artıq qələbəmizə doğru gedirik”, - Volodimir Zelenski bildirib.

Açar sözlər:

Oxunub: 334