Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək


10:08     12 Mart 2022 22_03_12_1647061738.jpg

Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndəriləcək.

Femida.az xəbər verir ki, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.

Təyyarə saat 09.00-da havaya qalxacaq.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.

Açar sözlər:

Oxunub: 451