İsveçrə Ukraynadakı münaqişə tərəflərinin hərbi təyyarələri üçün səmanı bağlayıb
11:55 12 Mart 2022
İsveçrə hakimiyyəti Ukraynadakı münaqişə tərəflərinin, eləcə də onlara hərbi dəstək verən dövlətlərin təyyarələri ilə uçuşlar üçün ölkə səmasını bağlamaq qərarına gəlib.
Femida.az xəbər verir ki, bu barədə hökumətin qərarında deyilir.
Qeyd edilir ki, münaqişə tərəflərinə hərbi dəstək göstərmək, xüsusən də hərbi materialların tədarükü məqsədi ilə münaqişə tərəflərindən və digər dövlətlərdən İsveçrə ərazisi üzərindən yerüstü uçuşlara dair müraciətlər qəbul edilməyəcək.
Rəsmi Bern izah edib ki, qadağa münaqişə tərəflərinin və digər dövlətlərin hərbi təyyarələrinin humanitar və ya tibbi məqsədlər, o cümlədən yaralıların daşınması üçün uçuşlarına şamil edilmir.
Neytral dövlət statusuna malik olan və Avropa İttifaqının üzvü olmayan İsveçrə martın 4-də Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəklədiyini açıqlayıb. Onun hava məkanı Rusiya təyyarələri üçün bağlıdır.
Oxunub: 407
Oxşar xəbərlər
- İsveçrə hava məkanını Rusiya üçün bağlayıb
- İsveçrədə üzərində “Xarıbülbül” olan poçt markası buraxılıb
- İsveçrədə vaksin olunanlara mükafat təyin edilib
- İsveçrəyə yeni səfir təyin edildi
- İsveçrə Prezidenti İlham Əliyevi təbrik etdi
- İsveçrə səfirliyi viza verilməsini dayandırdı
- İsveçrə Telman İsmayılovun hesablarına həbs qoyub
- İsveçrədən alınan qatarlar Bakıya gətirildi - FOTO
- İsveçrə və Azərbaycan fotoqraflarının sərgisi açılacaq
- İsveçrədən Azərbaycana 850 milyonluq yatırım