Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
16:11 14 Mart 2022
Naxçıvan MR-in Dövlət Gömrük Komitəsi daha bir narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb.
Femida.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, muxtar respublikanın ərazisindən tranzit keçməklə Bolqarıstana PVC xammalı aparan, İran vətəndaşının idarə etdiyi 63AA195/63AA196 dövlət nömrə nişanlı “Scania” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yanacaq çənində şübhəli təsvirlər müəyyən edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü tərəfində olan yanacaq çənində süni olaraq hazırlanmış, aşkarlanması xüsusilə çətinləşdirilmiş üçhissəli gizli saxlanc yerindən, ümumilikdə 113 bağlamada xalis çəkisi 97,8 kiloqram narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi açılıb.
Oxunub: 2940
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvanda yeni təyinat olub
- Naxçıvanda maaşlar artıb
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər
- Naxçıvanda əməkhaqqı 3 %-dən çox artıb