Peskov: "Rusiya Çindən Ukraynadakı əməliyyatla bağlı yardım istəməyib"


17:21     14 Mart 2022 22_03_14_1647262657.jpg

“Moskva Ukraynada xüsusi hərbi əməliyyat keçirilməsi üçün Pekindən yardım istəməyib”.

Femida.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov martın 14-də jurnalistin “Financial Times” qəzetində Rusiyanın Çindən hərbi yardım istəyib-istəməməsi haqqında dərc olunan materialla bağlı suala cavabında bildirib.

O, bunun reallığı əks etdirmədiyini söyləyib.

D.Peskov qeyd edib ki, qəzet materialını ilkin mənbə kimi qəbul etməyə ehtiyac yoxdur:

“Bunu müxtəlif qəzetlər yazıb. İndi qəzetlər çox şey yazır. Ona görə də həmin yazıları ilkin mənbə olaraq qəbul etmək lazım deyil”.

Qeyd edək ki, bir müddət əvvəl Çinin xarici işlər naziri Çjao Liszyan da bu məlumatı təkzib edərək, onu “dezinformasiya” adlandırmışdı.

Açar sözlər:

Oxunub: 397