Baş Nazir: "Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır"


12:01     15 Mart 2022 22_03_15_1647332313.jpg

"Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır və əlavə təchizatla bağlı bütün mümkün tədbirlər görülür”.

Femida.az -ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

"Ukraynadakı hadisələrla bağlı nəqliyyat-logistika sahəsində ciddi problemlər, qiymət artımları var. Prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud çağırışlara operativ və çevik reaksiya verilməsi üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür", - o bildirib.

Açar sözlər:

Oxunub: 316