9-cu sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılıb


19:55     15 Mart 2022 22_03_15_1647355097.jpg

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq, bu gün saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanıb.

Bu barədə Femida.az Təhsil Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Açar sözlər:

Oxunub: 426