Stoltenberq: "Rusiya Ukraynaya qarşı kimyəvi silahdan istifadə edə bilər"


09:43     16 Mart 2022 22_03_15_1647362633.jpg

"Rusiya Ukraynaya qarşı kimyəvi silahdan istifadə edə bilər".

Femida.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın hərbi idarələrinin rəhbərlərinin Brüsseldə fövqəladə iclası ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq deyib ki, Rusiya Ukraynaya qarşı kimyəvi silahdan istifadəyə görə əvəzini ödəyəcək. Bununla belə, baş katib bunun qarşısını almaq üçün konkret addımlar barədə cavab verməkdən imtina edib.

Bundan əvvəl Polşa Prezidenti Anjey Duda bildirib ki, Rusiyanın kimyəvi silahdan istifadə etməsi NATO-nu oyun qaydalarını dəyişməyə məcbur edəcək.

Açar sözlər:

Oxunub: 273


Oxşar xəbərlər