Bayden Çin liderinə Rusiyanı dəstəkləməyin fəsadları barədə xəbərdarlıq edəcək


09:33     18 Mart 2022 22_03_17_1647546473.jpg

Sabah ABŞ və Çin rəhbərləri Cozef Baydenlə Si Cinpin arasında telefon danışığı olacaq.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Psakinin sözlərinə görə, danışıqlar martın 18-də baş tutacaq.

Sözçü qeyd edib ki, liderlər Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

"Telefon danışığı Vaşinqton və Pekin arasında rabitə kanallarını açıq saxlamaq səylərinin bir hissəsidir", - Psaki əlavə edib.

"Prezident Bayden sabah (ÇXR) sədri Si (Cinpin) ilə danışıqlar aparacaq və açıq şəkildə bildirəcək ki, Çin Rusiyanın təcavüzünü dəstəkləmək üçün atacağı istənilən addıma görə məsuliyyət daşıyacaq", - bunu isə ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə bildirib.

Açar sözlər:

Oxunub: 370