Texniki universitetdə 14 kafedra ləğv edildi


20:05     15 Yanvar 2016 texniki%20uni.PNG

"Ötən il Azərbaycan Texniki Universitetində 14 kafedra ləğv edilib. Bu proses 2016-cı ildə də davam edəcək".


Femida.az-ın "Report"-a istinadən xəbərinə görə, bunu Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov deyib.

O bildirib ki, görülən bu işlər Təhsil Nazirliyində aparılan islahatların tərkib hissəsidir: "Standartların dəyişilməsindən asılı olaraq tədris yükünün də miqdarı dəyişir. Həmçinin vaxtilə açılan yaxın ixtisaslar da birləşdirilir".

Rektorun sözlərinə görə, 2015-ci ildə universitetdə 47 kafedra olub: "Aparılan islahatlar nəticəsində hazırda universitetdə 33 kafedra qalıb. Oktyabr-dekabr aylarında 12 kafedra birləşdirilib. Aprel-may aylarında yenə bir neçə kafedra birləşdiriləcək. Universitetdə olacaq növbəti dəyişikliklər dərs yüklərinin bölgüsü ilə bağlı olacaq".

Açar sözlər:

Oxunub: 707