Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilib
20:55 18 Mart 2022
Azərbaycanda dövlət qulluğuna qəbul qaydalarında bəzi dəyişiklik edilib
Femida.az -ın xəbərinə görə, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərarla Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 86 nömrəli, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 87 nömrəli və “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi haqqında” 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarlarında dəyişiklik edilib.
Qərara əsasən, inzibati rəhbər (idarəetmə) vəzifələrindən AA vəzifə qrupu üzrə test imtahanlarının keçirilməsi ləğv edilib.
Sənədə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü və 28-1-ci maddələrinə müvafiq olaraq test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Dövlət Qulluğu Sertifikatı veriləcək.
Oxunub: 342
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib