Regionda miqrasiya mövzusunda maarifləndirmə aparılıb


16:26     19 Mart 2022 22_03_19_1647692819.jpg

Yevlax Regional Miqrasiya İdarəsi və Yevlax Şəhər Qanunsuz Miqrantların Saxlanma Mərkəzi Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü ilə əlaqədar bir sıra hüquqi maarifləndirmə tədbirləri həyata keçiriblər.
Tədbirlərdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumatlar verilib. Həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində hüquq və vəzifələri, qeydiyyat qaydaları, müvəqqəti və daimi yaşama icazələri barəsində geniş məlumatlandırma işləri aparılıb.

Açar sözlər:

Oxunub: 454


Oxşar xəbərlər