Avropa çempionatı: Azərbaycanın 2 boksçusu finala yüksəlib


10:20     21 Mart 2022 22_03_21_1647807653.jpg

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycan millisinin iki üzvü finala yüksəlib.

Femida.az-ın məlumatına görə, Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) həlledici görüşdə iştirak hüququna yiyələnib. Hüseynov yarımfinalda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma azərbaycanlı boksçunun qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29).

Qədirov isə yarımfinalda eyni hesabla - 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) ukraynalı Elmir Nəbiyevə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb.

Hər iki qalib boksçu həlledici döyüşə martın 23-də çıxacaq.

Əvəzində Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.

Açar sözlər:

Oxunub: 352