Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət bərpa edilib
14:14 21 Mart 2022
Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət bərpa edilib.
Femida.az -ın məlumatına görə, bu gün səhər saatlarından etibarən qar səbəbindən bağlanan Cəlilabad-Yardımlı yoluna 4 buldozer, 4 qreyder və digər təyinatlı texnikalar cəlb olunub.
Cəlilabad Rayon İcra Hakimiyyətindən "Reporta"a bildirilib ki, iki gündür fasiləsiz yağan qar nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolundan istifadə edən 14 yaşayış məntəqəsi ilə əlaqə kəsilmişdi.
Artıq, avtomobil yolu qardan təmizlənib, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Həmçinin işıqsız qalan yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa edilib.
Oxunub: 364