Suqovuşan Turizm Kompleksinin tikintisinə 5 hektar ərazi ayrılıb
15:42 21 Mart 2022
"İşğaldan azad edilən Tərtərin Suqovuşan qəsəbəsində turizmin inkişafı üçün hazırlanan konsepsiyaya uyğun olaraq ilkin işlərin aparılmasına start verilib".
Bunu açıqlamasında martın 21-də Suqovuşana təşkil edilən mediatur zamanı Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib.
“Prezidentin tapşırığına əsasən biz əvvəllər Suqovuşanda olduq. Burada turizmin inkişafı üçün konsepsiya hazırladıq. Həmin konsepsiyaya əsasən, artıq o işlərin başlandığını görürük. Bu ərazidə su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması nəzərdə tutulur”, - deyə o bildirib.
E.Cavadovun sözlərinə görə, eyni zamanda burada istirahət yerlərinin inşası planlaşdırılır: “Artıq Prezident tərəfindən burada təməlatma mərasimini olub. Burada, xüsusilə Naftalandan gələn turistlər üçün istirahət düşərgələrinin yaradılması və gələcəkdə də su anbarı ətrafında olan ərazilərin abadlaşdırılması nəzərdə tutulur. Həmçinin parklama və iaşə zonaları inşa olunacaq. Bütün bu inşaat işlərinin aparılması üçün, ilkin olaraq, 5 hektar ərazi ayrılıb".
Oxunub: 422
Oxşar xəbərlər
- Suqovuşandan Kəlbəcərə gedən mülki avtomobil karvanına atəş açılıb
- Suqovuşana və Talışa gedən avtomobil yollarının açılışı olub
- Suqovuşan qəsəbəsi elektrik enerjisi ilə təmin olundu
- Suqovuşanda minaya düşən əsgər şəhid olub
- Suqovuşanda polis əməkdaşı qəzaya düşüb
- Suqovuşanda tapılan hərbçinin cəsədi ermənilərə verildi
- Suqovuşan və Talışa qanunsuz daxil olan şəxslərə cinayət işi açıldı
- Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
- Suqovuşanın azad olunmasında öndə gedən, pusqudan çıxıb düşmənin iki qrupunu məhv edən kapitan - FOTOLAR
- Suqovuşanın azad olunmasına görə 2 general təltif edildi