"Veysəloğlu” şirkətinə cərimə protokolu yazılıb


15:58     21 Mart 2022 22_03_21_1647861997.jpg

Azərbaycanda tanınmış şirkətə cərimə protokolu yazılıb.

Femida.az-ın xəbərinə görə, "Veysəloğlu” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nəriman Mehdiyevin icaatına verilib. Məhkəmə iclası martın 31-nə təyin edilib.

Bu xətaya görə, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 məbləğində cərimə edilir.

Açar sözlər:

Oxunub: 398


Oxşar xəbərlər