Zelenski Roma Papasını Rusiya ilə vasitəçilik üçün Ukraynaya dəvət edib


17:20     22 Mart 2022 22_03_22_1647955274.jpg

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Roma Papası Fransiski arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, bunu dövlət başçısı tviter səhifəsində yazıb.

“Biz Ukraynadakı durumu, rus qoşunlarının ölkədən çıxarılmasını və Vatikanın vasitəçilik təşəbbüsünü müzakirə etdik. Dəstəyə görə Papa Fransiskiyə minnətdarlığımı bildirdim”, - o qeyd edib.

Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş da V.Zelenski ilə Roma Papasının telefon danışığına dair məlumat yayıb. Diplomat deyib ki, V.Zelenski Papa Fransiskini vasitəçilik üçün Ukraynaya dəvət edib.

Açar sözlər:

Oxunub: 409